Modern.az

Əməkdar jurnalistin ürəyinə stend qoyulub

Əməkdar jurnalistin ürəyinə stend qoyulub

Media

25 Yanvar 2024, 10:18

Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu ömrünün 65-ci ilndə 3-cü dəfə ürək əməliyyatından keçib.

Mətbuat Şurasından Modern.az-a verilən məlumata görə, jurnalist bugünlərdə xroniki ürək çatışmazlığı ilə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun mütəxəsislərinə müraciət edib. Aparılan təcili müayinələrdən sonra Tahir Aydınoğlu angioqrafiya əməliyyatından keçmək üçün TƏBİB-in xətti ilə Bakı Sağlamlıq Mərkəzinin invaziv kardiologiya şöbəsinə göndərilib. Burada təcrübəli invaziv kardioloq Rüfət Zeynalov xəstənin tac damarlarında yenidən daralma aşkar edib və təcili stendləmə həyata keçirib.

Rüfət Zeynalov Tahir Aydınoğlunun durumu ilə maraqlanan jurnalist dostlarına bildirib ki, əməliyyatdan sonra jurnalistin vəziyyəti dərhal yüngülləşib və hazırda o, özünü yaxşı hiss edir. Ev şəraitində müalicəyə buraxılacaq Tahir Aydınoğlunun sağlıq durumu nəzarətdə saxlanacaq, ona lazımi xidmət davam etdiriləcək.

Azərbaycan Mətbuat Şurası və jurnalistin çalışdığı “Xalq qəzeti”nin rəhbərliyi Tahir Aydınoğlunun sağlamlığının bərpası üçün göstərdiyi yüksək səviyyəli xidmətə görə kardiocərrah Füfət Zeynalova və tibbi heyətə təşəkkürlərini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər