Modern.az

Telekanallarımızda əxlaqsızlıq təbliğ olunur - Aqil Abbas

Telekanallarımızda əxlaqsızlıq təbliğ olunur - Aqil Abbas

Media

1 Fevral 2024, 13:46

“Avropadan, xaricdən fondlar kütləvi pullar buraxır ki, Azərbaycanda insanların əxlaqını pozsunlar. Bunun üçün çalışan xüsusi kütlə var”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Aqil Abbas deyib.


“Ona görə də ölkədə “Məişət zorakılığının qarşısının alınması haqqında” 50 qanun da qəbul eləsəniz, zorakılığın qarşısını ala bilməyəcəksiniz.

 

Bu gün Azərbaycan televiziyalarında məişət zorakılığı, əxlaqsızlıq təbliğ olunur. Bunun qarşısını heç kim ala bilmir, parlament də ala bilmir. Televiziyalarda elə bil it boğuşdururlar, əri arvadla dalaşdırırlar, ərini qoyub onun qardaşıyla qaçır. Bunun qarşısının alınması üçün işlər görməliyik”,-deyə deputat bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq