Modern.az

Gürcüstan mətbuatı Azərbaycandakı seçkilərdən yazır

Gürcüstan mətbuatı Azərbaycandakı seçkilərdən yazır

Media

6 Fevral 2024, 13:05

Gürcüstanın bir sıra xəbər saytlarında Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkilərindən geniş şəkildə bəhs olunub.

 

Modern.az xəbər verir ki, dərc olunan məqalələrdə ölkəmizdə aparılan təbliğat və təşviqat kampaniyaları haqqında məlumat verilib, seçkilərin ilk dəfə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlar da daxil olmaqla, Azərbaycan Respublikasının hər bir bölgəsində keçiriləcəyi diqqətə çatdırılıb.


Qeyd olunub ki, bu ölkədə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycanın Gürcüstandakı səfirliyində seçki məntəqələri yaradılıb. Gürcüstanda daimi və ya müvəqqəti yaşayan, eləcə də uzunmüddətli ezamiyyətdə olan 18 yaşı tamam olmuş səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşlarının səsvermədə aktiv iştirak etməsi üçün hər bir şəraitin yaradıldığı vurğulanıb.


Xatırladaq ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi ilə müşahidə missiyası da Azərbaycandakı prezident seçkilərini izləyəcək. Bu haqda xəbərləri aşağıdakı linklərdən oxumaq mümkündür:

//aktual.ge/
//i̇nterpress.ge/
//24news.ge/
//realnews.ge/
//aktual.ge/Read/34919
//24news.ge/read/id/89293
//interpress.ge/read/50602
//interpress.ge/read/50728
//24news.ge/read/id/89531
//interpress.ge/read/51057
//interpress.ge/read/51180

//interpress.ge/read/51396
//aktual.ge/Read/35588
//interpress.ge/read/51477

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir