Modern.az

Jurnalist Nərgiz Absalamovanın həbs müddəti uzadıldı

Jurnalist Nərgiz Absalamovanın həbs müddəti uzadıldı

Media

24 Fevral 2024, 15:27

“Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Modern.az xəbər verir ki, işə bu gün Xətai Rayon Məhkəməsinin hakimi Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda ibaxılıb.

Məhkəmə Nərgiz Absalamovanın həbs müddətinin 29 maya qədər uzadılması barədə qərar çıxarıb.

N.Absalova ötən il dekabr ayının 1-də saxlanılıb.

Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

“Abzas Media” işi üzrə daha 5 nəfər həbs edilib. “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Hafiz Babalı və Elnarə Qasımova da ötən il müxtəlif vaxtlarda saxlanılıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi