Modern.az

Qəzzada 100-ə yaxın jurnalist ÖLDÜRÜLÜB

Qəzzada 100-ə yaxın jurnalist ÖLDÜRÜLÜB

Media

26 Fevral 2024, 14:52

2023-cü ilin oktyabrın 7-də HƏMAS terror qruplaşmasının İsrailə hücumu ilə başlayan müharibədə indiyədək 99 jurnalist (92-si fələstinli, 3-ü livanlı, 4-ü israilli) öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən Jurnalistləri Müdafiə Komitəsi qeyri-hökumət təşkilatı məlumat yayıb.

 

100-dən çox ölkədəki jurnalist birlikləri və assosiasiyaları 26 Fevral - Beynəlxalq Fələstin Jurnalistləri Günündə "Qəzza zolağında öz peşələri üçün indiyədək qeydə alınmış ən təhlükəli müharibəni işıqlandırmağa çalışan" jurnalistlərlə həmrəylik nümayiş etdirərək, öldürülən həmkarlarını yad ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi