Modern.az

Hüseyin Altınalan Mətbuat Şurasında - FOTO

Hüseyin Altınalan Mətbuat Şurasında - FOTO

1 Mart 2024, 16:08

Bu gün Türkiyənin Azərbaycandakı Səfirliyinin ölkəmizdəki diplomatik missiyası başa çatmış mətbuat müşaviri Hüseyin Altınalan Azərbaycan Mətbuat Şurasında olub. 

 

Modern.az xəbər veir ki, MŞ sədri Rəşad Məcid H.Altınalanın Azərbaycandakı missiyasının çətin zaman kəsiyinə təsadüf etdiyini, onun 44 günlük müharibə zamanı, eləcə də qardaş ölkələr üçün digər həssas məqamlarda ölkəmizin jurnalistləri ilə səmərəli şəkildə çalışdığını diqqətə çatdırıb. 


MŞ sədri, həmçinin, Azərbaycan-Türkiyə media əməkdaşlığının inkişafına yönələn xidmətlərinə görə türkiyəli diplomatı rəhbəri olduğu qurumun diplomu ilə təltif edib, ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi