Modern.az

Qarabağ Dirçəliş Fondunun mətbuat katibi işdən çıxdı

Qarabağ Dirçəliş Fondunun mətbuat katibi işdən çıxdı

Media

5 Mart 2024, 12:34

Qarabağ Dirçəliş Fondunun mətbuat katibi Pərvin Məmmədova qurumdakı işindən ayrılıb.

Modern.az xəbər verir ki, bu haqda onun özü bildirib və işdən könüllü çıxdığını qeyd edib.


“3 il öncə Fondun İdarə Heyətinin sədri tərəfindən quruma mətbuat katibi vəzifəsinə dəvət olunmuşdum, qısa müddət sonra Kommunikasiya şöbəsinin müdiri kimi fəaliyyətimi davam etdirdim. Göstərilən etimada görə təşəkkür edirəm", - o bildirib.

P.Məmmədova 2011-ci ildə peşə fəaliyyətinə Azad Azərbaycan Teleradio Yayım Şirkətində müxbir kimi başlayıb. Daha sonra MTV Azərbaycan televiziyasında aparıcı kimi çalışıb. 2014-2016-cı illərdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsində baş mütəxəssis, 2016-2018-ci illərdə Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsində aparıcı məsləhətçi vəzifələrində işləyib.
Sonra fəaliyyətini Bakı Beynəlxalq Avtovağzal Kompleksində mətbuat xidmətinin rəhbəri kimi davam etdirib.
Ardınca Odlar Yurdu Universitetinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok