Modern.az

Prezident ATV-nin rəhbəri ilə bağlı sərəncam imzaladı

Prezident ATV-nin rəhbəri ilə bağlı sərəncam imzaladı

5 Mart 2024, 16:36

Azər Nəriman oğlu Xəlilov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Azər Xəlilov Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

 

Qeyd edək ki, Azər Xəlilov Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin prezidentidir.

 

A.Xəlillov Bakı şəhərində anadan olub. Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur. 2001-ci ildən etibarən uzun müddət “BBC Azərbaycan”da çalışıb. 2012-ci ildə “ATV İnternational” televiziyasına rəhbərlik edib. 2013-cü ildən etibarən “CBC” telekanalının baş direktoru kimi fəaliyyət göstərir.

 

Prezident İlham Əliyevin 20 iyul 2015-ci ildə imzaladığı “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var