Modern.az

Prezidentin təltif etdiyi baş redaktor KİMDİR...

Prezidentin təltif etdiyi baş redaktor KİMDİR...

7 Mart 2024, 16:25

Prezident İlham Əliyev bu gün Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadını “Tərəqqi” medalı ilə təltif edib.

Dövlət başçısının imzaladığı sərəncamda adı qeyd edilən qadınlardan biri də Hüseynova Mariya Pavlovnadır.
 
Mariya Pavlovna kimdir?

Modern.az-ın məlumatına görə, Mariya Pavlovna Hüseynova-Atanasova, "Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyinin sədri, "Akord" jurnalının baş redaktorudur.

20-ci əsrin əvvəllərində bir çox bolqar ailələri Ukraynadan Azərbaycana, əsasən də Gəncəyə köçüb və bu yolla onun valideynləri də ölkəmizdə məskunlaşıb. Mariya Pavlovna da Gəncədə doğulub böyüyüb.

O, Taras Şevçenko adına Kiyev Milli Universitetində ali təhsil alıb, 40 ilə yaxın tarix müəllimi işləyib. Bakıdakı 132-134 saylı tədris kompleksində dərs deyib.

“Nizami Gəncəvinin fəlsəfi dünyagörüşü” adlı dissertasiya işi müdafiə edib.

Mariya Pavlovna Hüseynova-Atanasovanın baş redaktorluq etdiyi “Akord” jurnalı Bakıda bolqar dilində nəşr olunur.
 

Mariya Pavlovnanın övladları və nəvələri də özü kimi iki dildə sərbəst danışır.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok