Modern.az

"Space"in tanınmış teleaparıcısı itkin düşüb

"Space"in tanınmış teleaparıcısı itkin düşüb

Media

21 Oktyabr 2013, 12:09


Bu gün ölkə mətbuatında “Space” kanalının tanınmış aparıcısı İdris Cəfərovun işdən çıxması ilə bağlı məlumatlar yayılıb. Hətta bəzi həmkarlarımız bir qədər də irəli gedərək bunu “Space” TV-nin "Səhər" departamentinin rəhbəri Kəmalə Xəlilova ilə mübahisənin nəticəsi kimi qiymətləndiriblər.

Modern.az saytı aparıcıya yaxın olan həmkarlarından öyrənib ki, İ.Cəfərov bir həftədən çoxdur ümumiyətlə işə gəlmir və telekanal rəhbərliyi bundan narahatdır:

“Özümüz də narahatıq. Çünki neçə gündür ona zəng çatmır”-deyə “Space” TV-dən bildiriblər.

Qeyd edək ki, İ.Cəfərov "Space” TV-də 13 ildir fəaliyyət göstərir və bu müddət ərzində "Çardaq”, "Üç qat xəbər”, "Music box”, "Mən də varam”, "Davam ya tamam”, "Bazar” kimi məşhur verilişlərin aparıcısı olub.

İntiqam Valehoğlu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu