Modern.az

Prezident Akif Cabbarlını təltif edib

Prezident Akif Cabbarlını təltif edib

Media

4 Aprel 2024, 10:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tanınmış jurnalist Akif Cabbarlını təltif edib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Akif Cabbarlı "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalına layiq görülüb.


Akif Cabbarlı 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində yaradıcılıq fəaliyyətinə başlayıb.
Sonralar bir müddət “Komminist” (“Xalq qəzeti)” və “Azərbaycan” qəzetində çalışıb. 2011-ci ildən yenidən AzTV-də işləyib. Daha sonra jurnalist kimi əmək fəaliyyətini  İctimai Televizyada davam etdirib.
Hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktorudur.

Publisistik yazılar, hekayə və ssenarilər, səfər təəssüratlarını əhatə edən 6 kitabın müəllifidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!