Modern.az

Redaktor.az-ın 5 yaşı tamam oldu

Redaktor.az-ın 5 yaşı tamam oldu

Media

10 Aprel 2024, 15:31

Bu gün Redaktor.az xəbər portalının fəaliyyətə başlamasının 5 ili tamam olur.

Modern.az-ın məlumatına görə, Redaktor.az portalı 2019-cu il aprelin 10-da yaradılıb. Qısa müddətdə Azərbaycanda özünü ciddi xəbər saytı kimi tanıda bilib.

Redaktor.az saytı ölkəmizin ictimai, siyasi, sosial, mədəni həyatındakı yenilikləri, dünyada baş verən hadisələri, maraqlı məlumatları, açıqlamaları oxuculara çatdırır, araşdırma, təhlil, müsahibə, digər janrlarda materiallar təqdim edir, operativ xəbər istehsalı ilə məşğuldur. 

Saytın ölkəmizdə və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv və bitərəf yanaşması oxucular tərəfindən rəğbətlə qarşılanır. 

Redaktor.az portalının təsisçisi Seymur Şeydayev, baş redaktoru Aqil Aslandır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!