Modern.az

"Qaçqınkom"un mətbuat departamenti ləğv edildi

Media

15 Aprel 2024, 11:20

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamenti ləğv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

 

Qeyd edək ki, ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna dəyişiklik edilib.

 

Sərəncama əsasən, qurumun Repatriasiya departamenti və Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamenti ləğv olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!