Modern.az

PKK tərəfdarları azərbaycanlı jurnalisti DÖYDÜLƏR

PKK tərəfdarları azərbaycanlı jurnalisti DÖYDÜLƏR

Media

15 Aprel 2024, 22:47

Avropada yaşayan azərbaycanlı jurnalist Xəyal Əzizbəyli PKK tərəfdarlarının hücumuna məruz qalıb.

Modern.az xəbər verir ki, Gununsesi.info-nun məlumatına görə, hadisə Strasburqda Avropa Şurası Parlament Assambleyasının binası qarşısında baş verib.

Hazırda Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalana azadlıq tələbi ilə aksiya keçirən şəxslərlə Xəyal Əzizbəyli arasında qısa dialoq sonradan jurnalistə hücumla nəticələnib.

Jurnalistin aksiya barədə onlara verdiyi sualdan qəzəblənən PKK tərəfdarları Xəyal Əzizbəyliyə çoxsaylı bədən xəsarəti yetiriblər.

Jurnalist polis əməkdaşları tərəfindən ekspertizadan keçirilməsi üçün xəstəxanaya aparılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!