Modern.az

ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib

ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib

Media

20 Aprel 2024, 08:58

Fəaliyyəti dayanmış ANS televiziyasında aparıcısı işləmiş Rəşad Abbasov Təhsil TV-nin baş redaktoru vəzifəsinə təyin olunub.

Modern.az-ın məlumatına görə, bu barədə onun ozü bildirib.

R.Abbas buna qədər İnterAz televiziyasında da çalışıb.

Təhsil TV 2015-ci ildən Elm və Təhsil Nazirliyinin bir layihəsi kimi fəaliyyətə başlayıb. 2021-ci ildə isə Azərbaycan Respublikası Təhsil İnstitutunun təsisçiliyi ilə “TƏHSİL TV” MMC dövlət qeydiyyatına alınıb. Bu dövr ərzində yüzlərlə materiallar hazırlanaraq Təhsil Nazirliyinin, eləcə də Təhhsil TV-nin rəsmi saytlarında və sosial şəbəkə hesablarında təqdim olunub.
Azərbaycan Respublikası Audiovizual Şurasının 20 dekabr 2022-ci il tarixli qərarı ilə TƏHSİL TV​ kanalına peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı