Modern.az

Bu gün ARB telekanalının 10 yaşı tamam olur

Bu gün ARB telekanalının 10 yaşı tamam olur

Media

10 May 2024, 13:58

Bu gün ARB (Azerbaijan Republic Broadcaster) ümumrespublika televiziya kanalının 10 yaşı tamam olur.

 

Modern.az xatırladır ki, ARB televiziya şirkəti Milli Televiziya və Radio Şurasının 2014-cü ildə keçirdiyi tenderin nəticələrinə görə Azərbaycan üzrə yayım hüququ əldə edib.

 

ARB Azərbaycanda müstəqil regional telekanallar - "Kəpəz” TV (Gəncə), "ARB Şimal” (Xaçmaz), "ARB Cənub” (Lənkəran), EL TV (Yevlax), "Kanal-S” (Şəki) və "ARB 24”ün (Bakı) birgə yaratdığı ilk televiziya şəbəkəsidir.

 

ARB Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanır. Bölgələrdə isə yayım regional telekanalların - "ARB Kəpəz”, "ARB Şimal”, "ARB Cənub”, "ARB Aran” və "ARB Şəki”nin siqnalları vasitəsilə həyata keçirilir.

 

Telekanal açıq yayımla yanaşı, Azərbaycanın ilk peyki olan "Azerspace 1”in Avropa seqmentində, kabel televiziyası və internet şəbəkəsi vasitəsilə də yayımlanır.

 

Sosialyönümlü verilişlər, operativ informasiya proqramları, realiti-şoular, müxtəlif mövzulu gündüz proqramları ARB TV-nin yayım siyasətinin əsasını təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ