Modern.az

MEDİA saytlar üçün müsabiqə elan etdi

MEDİA saytlar üçün müsabiqə elan etdi

Media

13 May 2024, 12:40

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir.

 

MEDİA-dan Modern.az-a verilən xəbərə görə, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.

 

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada  mib.media.gov.az  portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

 

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.

 

Qeyd edək ki, müsabiqəyə 23 may 2024-cü il tarixinədək müraciət etmək mümkündür.

 

Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi