Modern.az

Ateist jurnalist Şuşada şiə namazı qılıb, yoxsa sünni? - AÇIQLAMA

Ateist jurnalist Şuşada şiə namazı qılıb, yoxsa sünni? - AÇIQLAMA

Media

13 May 2024, 15:30

Azvision.az saytının rəhbəri Vüsal Məmmədov mayın 11-də "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşada olarkən Yuxarı Gövhər Ağa Məscidinə gedərək namaz qlıb.

 

Sosial şəbəkələrdə həmişə ateist olduğunu gizlətməyən V.Məmmədovun bu hərəkəti birmənalı qarşılanmayıb. Hətta ona belə söz atanlar da olub: ateist Şuşadakı məsciddə şiə namazı qılıb, yoxsa sünni?

 

Vüsal Məmmədov Modern.az-a açıqlamasında öncə "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında iştirakından danışıb:

 

"Şuşa 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan olunub. Budəfəki festival həm də İslam dünyasının mədəniyyət paytaxtında keçirilirdiyindən xeyli fərqlənirdi. Cıdır düzündə Qarabağ atlarının belində oturan süvarilər əllərində İslam ölkələrinin bayrağı ilə dövrə vururdular. Məhz bu hadisə, rəmzi olaraq İslam dünyasının şəhərdə cəmləşdiyini göstərirdi. Bunu səhnədə də görə bilirdik. Orada Afirkadan İndoneziyaya qədər İslam ölkələrini təmsil edən mədəniyyətlər nümayiş olunurdu. İslam mədəniyyətlərini birləşdirmək fərqli cəhətlərdən biriydi. Digər tərəfdən, Azərbaycan özünün ənənələrinə, musiqi keçmişinə qayıtmışdı. Məsələn, Zeynəb Xanlarovanı, Arif Babayevi səhnədə görmək bizim öz ənənələrimizi də dirildib müasir Azərbaycanla birləşdirdiyimizi göstərirdi. Burada da rəmzi məna tapmaq olar. Biz gələcəyə gedərkən keçmiş ənənələrimizi də unutmuruq. Bu da çox maraqlı məqam idi".


V.Məmmədov Yuxarı Gövhər Ağa Məscidinə gedib namaz qılmağını belə izah edib:
 

"Bu, ateistin dinə qayıtması deyil. Hələ Vətən müharibəsi başlamazdan əvvəl sosial şəbəkədə belə bir əhdimi yazmışdım ki, təki Şuşa alınsın, gedib orada namaz qılmağa hazıram. Bu, birdəfəlik akt idi. Mən bir növ əhdimi yerinə yetirdim. Məndən çox adam “sünni, yoxsa şiə namazı qıldın?”, - deyə soruşdu. Lakin düşünürəm ki, bunun fərqi yoxdur. Mən namaz qılmağı bacarıram. 15 yaşıma qədər namaz qılıb oruc tutmuşam. Sadəcə əhdimi yerinə yetirdim".

Whatsapp
Bizə yazın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti