Modern.az

Əsas hədəfimiz Türk dünyasının inkişafı üçün çalışan jurnalistlər yetişdirməkdir - MÜŞAVİR

Əsas hədəfimiz Türk dünyasının inkişafı üçün çalışan jurnalistlər yetişdirməkdir - MÜŞAVİR

Media

14 May 2024, 15:58

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Modern.az redaksiyasının qonağı olub.

 

Yeni mətbuat müşaviri qarşıda duran hədəflər, Türkiyə-Azərbaycan media əlaqələri ilə bağlı fikirlərini bölüşüb.

 

O billdirib ki, fəaliyyət göstərdiyi dönəmdə iki ölkə arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcək:

 

“Bizim qarşıda duran hədəflərimiz çoxdur. İlk olaraq dünya yenilikləri ilə ayaqlaşa bilən jurnalistlərin yetişdirilməsi əsasdir. Belə ki, jurnalistlərin vətənini, millətini sevməsi, yeni texnologiya ilə uyğunlaşması və dezinformasiyaya qarşı düzgün mübarizə aparması vacibdir. Bununla birlikdə Türkiyə və Azərbaycanın media əlaqələrini daha da gücləndirməyə çalışacağıq. İki ölkənin mediası arasında birliyi artırmazsaq, xaricdən ölkələrimizə qarşı dezinformasiyaların qarşısını ala bilməyəcəyik. Bildiyiniz kimi, hazırda Türk dünyasına qarşı beynəlxalq aləmdə güclü ittifaq var, bunlara qarşı gəlmək üçün birlikdə çalışmağımız vacibdir. Cənab Prezident İlham Əliyevin dediyi kimi,  “Türk dünyası bizim ailəmizdir”. Biz də bu ailəni düşünərək hərəkət etməliyik. Təkcə Azərbaycanda deyil, digər Türk dövlətlərində də bu prosesi davam etdirməliyik.

 

Ona görə də bundan sonra əsas hədəfimiz Türk dünyasının inkişafı üçün çalışan jurnalistləri yetişdirməkdir. Bunları etmək də çox ciddi və əmək tələb edən prosesdir. Bu prosesdə təhsilimizi, media qurumlarımızı, sosial media platformalarımızı gücləndirməliyik. Bu məqamda təkcə dövlət deyil, özəl media qurumlarının da inkişafı lazımdır. Bizim digər təməl hədəfimiz Türkiyədə Azərbaycanı, Azərbaycanda Türkiyəni gündəmə gətirməkdir. Bu mövzuda nə etsək də yetərsizdir.  Ona görə də vətənlərimizin tanınması üşün çox çalışmalıyıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti