Modern.az

Aynur Sabitova Ədliyyə Nazirliyindəki vəzifədən çıxmasından DANIŞDI

Aynur Sabitova Ədliyyə Nazirliyindəki vəzifədən çıxmasından DANIŞDI

Media

16 May 2024, 13:22

Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi vəzifəsindən ayrılan ədliyyə müşaviri Aynur Sabitova bununla bağlı ilk açıqlamasını verib.

Modern.az xəbər verir ki, Aynur Sabitova işdən öz istəyilə çıxdığını söyləyib:
 

“Mən həqiqətən bu günlərdə Ədliyyə Nazirliyindəki vəzifəmdən öz arzumla ayrılmışam.

Mənim üçün çox doğma olan Ədliyyə Nazirliyinə fəaliyyətində davamlı uğurlar arzu edirəm.

Məlumat üçün deyim ki, mən yeni vəzifəyə təyinat almamışam, Azərbaycan Dillər Universitetində 1997-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğulam və fasiləsiz olaraq bu gün də bu sahədə fəaliyyətimi davam etdirirəm”.

Aynur Zakir qızı Sabitova 28 may 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı şəhəri 53 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis-alman dilləri fakültəsinə qəbul olunub. 1997-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurub.

A.Sabitova 1997-ci ildən Azərbaycan Dillər İnstitutunun İngilis dilinin tərcüməsi kafedrasında müəllim vəzifəsində əmək fəaliyyətinə başlayıb.

Pedaqoji fəaliyyətlə yanaşı, 2012-ci ildə Ədliyyə qulluğuna qəbul olunaraq müxtəlif məsul vəzifələrdə çalışıb. 
2018-ci ilin dekabrında isə Ədliyyə Nazirliyinin aparatına irəli çəkilərək İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi vəzifəsinə təyin olunub. 
2023-cü ilin noyabrında “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ədliyyə Nazirliyindəki vəzifəsindən çıxandan sonra hazırda  Azərbaycan Dillər İnstitutunun İngilis dilinin tərcüməsi kafedrasında pedaqoji fəaliyyətini davam etdirir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi