Modern.az

Jurnalistlər binasında xidmətlər dayandırılacaq - PROBLEM

Jurnalistlər binasında xidmətlər dayandırılacaq - PROBLEM

Media

22 May 2024, 14:44

Səbail rayonu Yeni Salyan yolunda yerləşən Jurnalistlər binasına 1 iyun 2024-cü il tarixdən "Jurnalist EVİ" MMC tərəfindən göstərilən bütün xidmətlər dayandırılacaq.

Buna səbəb kimi yığımın olmaması və kütləvi borcun yaranması əsas göstərilib.

Modern.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan binanın komendantı Orxan Mehdiyev bildirib ki, bir sıra sakinlər müntəzəm olaraq göstərilən xidmətlərə tələb olunan borcları ödəmirlər:

"Dayandırılacaq xidmətlər lift, xadimə və mühafizədir. Pul yığmağı da dayandıracağıq. Xidmətin dayandırılması yığılan borclarla bağlıdır. Dəfələrlə bina sakinlərinə müraciət etsək də, heç bir ödəniş edilmir. Ödəyənlər isə yalnız müəyyən bir qrupdur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?