Modern.az

Media Türk 3 yaşında - Rəsulzadədən təbrik (VİDEO)

Media Türk 3 yaşında - Rəsulzadədən təbrik (VİDEO)

Media

28 May 2024, 15:14

28 May Azərbaycan tarixinin ən parlaq və şanlı səhifələrdən biridir.

 

İlk dəfə olaraq Cümhuriyyətin müstəqilliyi 106-cı ildönümündə, heç vaxt olmadığı qədər daha möhtəşəm və əzəmətli görünür. Bu da səbəbsiz və təsadüfi deyil. Qurucu babalarımızın mirası olan üçrəngli müqəddəs bayrağımız bir daha enməyəcək şəkildə Qarabağın bütün ərazilərində dalğalanır.

 

Eyni zamanda Media Türk TV-nin yaranmasının 3-cü ili də bu qədər əlamətdar hadisələrin cəmləşdiyi bir günə təsadüf edir.

 

Gördüyünüz kimi, bayram-bayrama qarışıb...

 

Dahi şəxsiyyət Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais bəy Rəsulzadə də bizimlə bərəbərdir...

 

Müstəqillik günü və Qarabağ Zəfərinin fonunda Media Türk ailəsi daha xoşbəxt, məğrur və güclü görünür.

 

Sonda Media Türk TV, Modern Media Qrup, AzEdu ailəsi rəhbəri Elşad Eyvazlının təşkilatçılığı ilə keçirilən tarixi görüşdən Rais bəyin iştirakı ilə Türk dünyasına bozqurd mesajı göndərir...

 

Bu görüntü hər şeyi deyir... Gücümüz birliyimizdir!

 

Zəfərimiz əbədidir!

Türk dünyası əzəlidir!

Günümüz və bayramımız mübarək!

 

 

 

 


 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı