Modern.az

Rəşad Məciddən "hay-küyçü media"ya irad: tülkü hinə girib, boz dana bunu edib...

Rəşad Məciddən

Media

3 İyun 2024, 12:02

“Elə media subyektləri var, sanki bəd, mənfi yüklü xəbərlər istehsal edib tirajlamaq sahəsində “ixtisaslaşıblar”. Neqativ yaymaqdan zövq alan belələri ən adi məişət hadisəsini, ən xırda münaqişəni elə hay-həşirlə təqdim edirlər, elə bil, dünyanın sonudur”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bəzi hay-küyçü saytlar barəsində səsləndirib.

O qeyd edib ki, “hay-küyçülük” tendensiyanın vüsət almasında Türkiyənin bir sıra televiziya kanallarının da mənfi təsiri var.

“Sanballı telekanallarda bəzən elə hadisələri “mühüm” xəbərə çevirib böyük həyəcanla təqdim edirlər, adamı heyrət bürüyür: sən demə, tülkü hinə giribmiş, boz dana bağ-bostanı viran qoyubmuş, nə bilim daha nələr...

Ən pisi isə odur ki, belə xoşagəlməz nümunələr bizim ciddi saydığımız bəzi media orqanlarının da fəaliyyətinə sirayət edir”, - deyə Rəşad Məcid Kütləvi İnformasiya Vasitələri adına iddialı media subyektlərinə irad tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı