Modern.az

"Unikal" 14 yaşını qeyd edir

Media

6 İyun 2024, 09:38

"Unikal" qəzeti və "Unikal.az" xəbər portalının fəaliyyətə başlamasının 14 ili tamam olur.

 

İlk dəfə oxucularla görüşə 2010-cu il iyunun 6-da gələn "Unikal" qəzeti hazırda həftədə bir dəfə dərc olunur. Qəzet Medianın İnkişafı Agentliyindən (MEDİA) maliyyələşir və layihə icra edir.

 

Modern.az xəbər verir ki, "Unikal.az" xəbər portalı uzun illərdir aktiv xəbər yayımını həyata keçirir və fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən eksklüziv, dəqiq, operativ xəbərlərlə çıxır. 

 

Hazırda saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir. Sayt Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var