Modern.az

Konkret.az-ın 5 yaşı tamam oldu

Konkret.az-ın 5 yaşı tamam oldu

Media

2 İyul 2024, 13:08

Konkret.az saytının yaranmasından 5 il ötür.

Modern.az xəbər verir ki, sayt 2019-cu il iyulun 2-də fəaliyyətə başlayıb. Qısa müddət keçməsinə baxmayaraq, Azərbaycan mediasında özünəməxsusluğu ilə seçilən saytda ölkəmizdə və dünyada baş verən xəbərlər operativ şəkildə işıqlandırılıb. Onlayn qəzet olaraq saytda dərc edilən analitik materiallar, araşdırma, müsahibə və digər janrlarda bir-birindən maraqlı yazılar geniş oxucu kütləsi qazanıb.

Saytın baş redaktoru Fadil Paşayev:

"Qürur hissi ilə deyə bilərik ki, ölkəmizdə söz azadlığının, milli mətbuat ənənələrinin qorunmasında saytımızın da xüsusi rolu olub. Saytın peşəkar heyəti, əməkdaşlıq etdiyi jurnalistlər bundan sonra da əlindən gələni edəcək ki, Konkret.az daha  oxunaqlı olsun, dünyada baş verən proseslərə işıq tutsun, informasiya təhlükəsizliyi mühitnə öz töhfəsini versin".

Moderna.z həmkarları təbrik edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”