Modern.az

Audiovizual Şuranın TV-lərə tətbiq etdiyi cəzalar: nəticəsi olur?

Audiovizual Şuranın TV-lərə tətbiq etdiyi cəzalar: nəticəsi olur?

Media

10 İyul 2024, 17:22

Azərbaycanda bəzi telekanallara "Reklam haqqında" və "Media haqqında" qanunları pozduqlarına görə, Audiovizual Şura tərəfindən müəyyən cəzalar tətbiq olunur. Bu cəzalarda effektivlik nə qədərdir? Cəza tətbiq edilən telekanallarda həmin hallar yenidən yaşanırmı?

Modern.az mövzu ilə bağlı Audiovizual Şuraya müraciət edib. Qurumdan bildirilib ki, pozuntulara qarşı həm maarifləndirmə işləri həyata keçirilir, həm də sanksiyaların tətbiqi nəzərdə tutulur:

“Xırda texniki qüsurlar üzündən baş vermiş pozuntulara görə bildiriş göndərilir, vəziyyət ciddiləşəndə isə Şura xəbərdarlıq edir. Pozuntu sistematik hal almağa başlayanda və ya həmin pozuntu çox ciddi olanda, yayımın dayandırılması sanksiyası, yaxud maliyyə sanksiyası tətbiq edilir. Zəruri maarifləndirmə və müvafiq sanksiyaların tətbiqi işləri birgə aparıldıqda səmərəsi çox olur”.
 

Rəşid Qarayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı