Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) uzun illirdir itib-batan keçmiş mətbuat katibi Lətif Novruzovun harada olduğu məlum olub.
Modern.az saytı xəbər verir ki, Lətif Novruzovun hazırda Almaniyada məskunlaşdığı aydınlaşıb.
Bu barədə “Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədr muavini, Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu bildirib.
A.Natiqoğlu deyib ki, elə dünən Almaniyada yaşayan bir ukraynalının vasitəsilə Lətif Novruzovla əlaqə saxlayıb və telefonda danaışıb.
“Azı 20 il idi ki, ondan xəbərim yox idi. Şad oldum!”, - A.Natiqoğlu deyib.
Qeyd edək ki, Lətiv Novruzov AFFA-nın keçmiş prezidenti Fuad Musayevin dövründə Mətbuat xidmətinin rəhbəri postunda çalışıb. Fuad Musayev 1992–2003-cü illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti olub.
F.Musayev AFFA-dan getdikdən sonra Lətif Novruzov da mətbuat katibi vəzifəsindən azad olunub.
A.Qorxmaz