Modern.az

İTV-dən 5 əməkdaşın istefasına AÇIQLAMA verildi

İTV-dən 5 əməkdaşın istefasına AÇIQLAMA verildi

Media

2 Dekabr 2013, 14:33


“Onlar istefa ərizəsi yazmayıb. Sadəcə, ITV ilə bağladıqları müqavilələrin müddətləri bitib. Belə görünür ki, onlarla əmək müqaviləsi imzalanmayacaq”. Bunu Modern.az saytına İTV-dən verilən rəsmi açıqlamada bildiriblər.

Qeyd edək ki, bu gün “aznews.az” İTV-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, İctimaiyyətlə əlaqələr departamentini müdir müavini Pərvanə Süleymanova, Analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılov, həmçinin bu ilin sentyabrına kimi İTV-nin İnformasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı, “Carçı-film” Yaradıcılıq Birliyində müavin Qərənfil Xəlilovanın istefa verdiyi barədə xəbər yayıb.

İTV-dən Modern.az-a verilən məlumata görə, sözügedən şəxslərlə bağlı hələ son qərar verilməyib: “Hələlik dəqiqləşdirmələr aparılır. Ancaq istefa söhbəti yoxdur. İstefa ərizəsi kadrlar şöbəsinə, yaxud rəhbərliyə hələ ki, daxil olmayıb. Ümumiyyətlə, vəzifələri imkan vermir ki, onlar istefa ərizəsi yazsın”.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu