Modern.az

Erməni mediasını oxuyun, amma inanmayın! - TÖVSİYƏ

Erməni mediasını oxuyun, amma inanmayın! - TÖVSİYƏ

Media

18 Sentyabr 2024, 14:33

"Azərbaycan üçün Qarabağ məsələsi bitib. Bu dəfələrlə rəsmi səviyyədə elan olunub. Artıq işğaldan azad olunmuş ərazilərdə quruculuq işlrəi gedir, müəyyən layihələr gerçəkləşdirilir. Azərbaycan öz ərazi bötövlüyünü təmin edib. Bu reallıqdır, faktdır".

 

Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib.

 

O qeyd edib ki, Ermənistanda, xüsusilə erməni mediasında bu məsələyə başqa cür yanaşırlar.

 

"Bunun hamısının arxasında isə müəyyən siyasi məqsədlər dayanır. Qarabağ problemi onlar üçün yenə siyasi oyunun alətidir. “Burada məqsəd Paşinyan hökumətini tənqid etmək, qarşı çıxmaq və hakimiyyətə gəlməkdir. Bunlar indiki reallıqlardır. Ermənistan mətbuatı müxətlif səviyyələrdə özləri üçün problem olan bu məsələni gündəmdə saxlamağa çalışırlar. Hesab edirəm ki, Azərbaycan mediası həmin məlumatlardan Ermənistanın daxilindəki mənzərəni göstərmək üçün yalnız informativ xarakterli yazılarda istifadə edə bilər. Amma erməni mövqeli yazıları tərcümə edərək yayımlamaq məqsədəuyğun deyil. Ümumiyyətlə real olmaya nəyisə mediaya çıxarmaq özü jurnalistikanın prinsiplərinə ziddir. Deməzdim ki, Ermənistan mətbuatının təsiri altına düşürük, amma bəzən İP qazanmaq istəyən, sensasion xarakterli saytlar bəzən bu yolu tuturlar", - Qulu Məhərrəmli deyib.

 

Əməkdar jurnalist vurğulayıb ki, Ermənistanda gedən diskussiyaları nəzərə almaq olar: “Mütləq bu barədə informasiyalar getməlidir. Bu informasiyalar çox ağıllı, düşünülmüş şəkildə hazırlanmalı, material Ermənistanın daxili problemini əks etdirməlidir. Bu aspekt bizim üçün maraqlıdır, yoxsa erməni mövqeyini göstərmək, erməni yönümlü beynəlxalq təşkilatlara istinad etmək düzgün deyil".

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər