Modern.az

İnsanların sevimli ünvanına çevrilmək fədakar əməyin nəticəsidir - Akademik

İnsanların sevimli ünvanına çevrilmək fədakar əməyin nəticəsidir - Akademik

Media

10 Sentyabr 2024, 15:16

Hörmətli "Modern.az" saytının əməkdaşları!

Hörmətli Elşad müəllim!

 

Müasir informasiyalı cəmiyyətdə fəaliyyət göstərmək və bu zənginlikdə seçilmək  doğrudan da çox çətindir. Çağdaş dövrün insanları daha çox, daha çevik və daha tez informasiya əldə etiklərinə görə daha əhatəli dünyagörüşə malikdir. İnformasiya bolloğu sayəsində bütün dünyadan xəbərdar olmaq imkanını müasir dövrün başılıca inkişaf göstəricisi hesab etmək olar. Bu operativlik həm də bəşəri inkişafın hərəkətverici qüvvəsi olmaqla bir növ insana zamanı qabaqlamaq imkanı verir.

Təbii ki, qeyd etdiyim tərəqqi öz-özünə yaranmır və dünyanın o başında baş verən hər hansı hadisədən anındaca xəbərdar olmaq sıradan gələn asan iş deyil. Bu sürətli fəaliyyətin arxasında dəyəri heç bir ölçüyə gəlməz fədakar zəhmət dayanır- jurnalist zəhməti.

Haqqında söhbət açdığım böyük zəhmətin, fədakar insanların arasında adları böyük hərflə yazılan, ehtiramla çəkilən Modern.az saytının əməkdaşları və rəhbərliyi də var. 15 il ərzində dünya arenasında fəaliyyət göstərmək və fərqlənmək, necə deyərlər, tanınmaq, sayılıb-seçilmək, insanların sevimli ünvanına çevrilmək nə qədər böyük və fədakar əməyin, zəhmətin nəticəsi olduğunu təsəvvür etmək çətin deyil.

Bir elm xadimi, eləcə də daimi oxucunuz olaraq 15 yaşınızı təbrik etmək və haqqınızda olan xoş düşüncələrimi sizinlə bölüşmək istədim.

Yubileyiniz mübarək olsun! Uğurlarınız o qədər çox olsun ki, bu günkü yaşınızın sonunda daha bir sıfırın yazılacağı günü - Azərbaycan tarixinin möhtəşəm ifadəçisi kimi qeyd edəsiniz!

 

Hörmətlə,

akademik Əhəd Canəhmədov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər