Modern.az

Birinci Kanalın ən məşhur aparıcısı kuryoz anlar yaşadı - VİDEO

Birinci Kanalın ən məşhur aparıcısı kuryoz anlar yaşadı - VİDEO

Media

14 Oktyabr 2024, 10:04

Rusiyanın Birinci Kanalının məşhur teleaparıcısı Yekaterina Andreyeva yayım zamanı kuryoz hadisə yaşayıb.

Modern.az xəbər verir ki, teleaparıcı çıxış edən zamanı kreslosu sınıb və o yıxılmaqdan güclə xilas olub.

Baş verənlərə baxmayaraq, Andreeva dərhal ayağa qalxıb və bir saniyə belə dayanmadan mətni oxumağa davam edib.

Yekaterina Andreyeva düz 26 ildir - 1998-ci ildən bəri - Birinci Kanalın “Zaman” (“Vremya”) informasiya proqramının əvəzedilməz, daimi aparıcısıdır.

Onu Birinci Kanalın siması da adlandırırlar...

Yekaterina Andereyavanın 63 yaşı var. Amma çoxları ona öz yaşını verə bilmir.

Yekaterina Sergeyevna Andeyeva 1961-ci il noyabrın 27-də Moskvada anadan olub.  
Yekaterina 1990-ci ildə Krupskaya adına Moskva Pedaqoji İnstitutunu bitirib, daha sonra Moskva Dövlət Hüquq Universitetinin axşam şöbəsində ikinci ali təhsil alıb. Sonra o, Rusiya Federasiyası Baş Prokurorluğunun İstintaq idarəsində işləyib. 

1991-ci ildən Yekaterina Andreyeva “Ostankino” kanalınının səhər proqramında - “Dobroe utro” verilişində aparıcı işləməyə başlayıb. 1995-ci ildən ORT-də "Xəbərlər"i aparmağı Yekaterinaya həvalə edirlər.
Nəhayət o, 1998-ci ildən ta bu günədək Birinci Kanalın “Zaman” informasiya proqramının daimi aparıcısıdır.

1999-cu ildə internet sorğusunun nəticələrinə görə, Yekaterina Andeyeva Rusiya televiziyasının ən gözəl aparıcı adlandırılıb.

2010-ci ildə o, Rusiyanın (TNS versiyası üzrə) ən populyar televiziya onluğuna daxil olub.

Yekaterina Andreyeva iki dəfə ailə qurub. Onun birici həyat yoldaşından Natalya adlı bir qız övladı doğulub. Amma ilk evliliyi uzun sürməyən teleaparıcı boşanandan sonra serb əsilli biznesmen Duşko Peroviçlə tanış olub və onunla evlənib. Cütlük hazırda da bir yerdədir və məşhur diktor müsahibələrində serb biznesmenlə çox xoşbəxt olduğunu vurğulayır...

Çoxlarının həqiqi yaşından daha gənc hesab etdiyi Yekaterina Andreyevanın sözlərinə görə, daim hərəkət etmək, düzgün qidalanmaq, özünə və insanlara sevgi və məhəbbət aşılamaq onu cavan və gümrah saxlayır.

 


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər