Modern.az

"İqtisadiyyat.az" 6 yaşını qeyd edir

"İqtisadiyyat.az" 6 yaşını qeyd edir

Media

31 Oktyabr 2024, 09:28

Bu gün "İqtisadiyyat.az" xəbər portalının 6 yaşı tamam olur.

Modern.az xəbər verir ki, 2018-ci ilin oktyabrın 31-də fəaliyyətə başlayan sayt müstəqil informasiya siyasəti həyata keçirən media subyektidir. 

Portal ölkədə və dünyada baş verən ictimai, siyasi, mədəni, sosial və iqtisadi hadisələri, eləcə də bank sektorundakı yenilikləri, maliyyə və biznes xəbərlərini oxuculara çatdırır.

Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, reportajlar, müəllif yazıları, təhlil və araşdırmalar geniş oxucu kütləsinə təqdim olunur.

Saytın məqsədi xəbərləri oxuculara operativ, obyektiv və dəqiq şəkildə çatdırmaqdan ibarətdir. Məhz bu prinsiplərin sayəsində "İqtisadiyyat.az" bu gün etibarlı xəbər mənbəyinə çevrilib.

Həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər