2024-cü ildə 60-dan çox mətbuat işçisi vəzifələrini yerinə yetirərkən öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib.
O qeyd edib ki, 2023-cü ildə 71 jurnalist və media işçisi öldürülüb, 300-dən çoxu isə həbs edilib.
"Qadın jurnalistlər tez-tez fiziki zorakılığa çevrilə bilən onlayn təcavüzün hədəfinə çevrilirlər. Artıq bu il 61 jurnalist vəzifə borcunu yerinə yetirərkən – çox vaxt münaqişələr, iqlim dəyişikliyi və ya digər böhranları işıqlandırarkən həlak olub”, - deyə açıqlamada deyilir.