Tanınmış jurnalist Seymur Verdizadənin yeni iş yeri məlum olub.
Modern.az xəbər verir ki, S.Verdizadə karyerasını bundan sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında davam etdirəcək.
Əldə etidyimiz məlumata gərə, bununla bağlı müvafiq əmr imzalanıb.
Xatırladaq ki, S.Verdizadənin son iş yeri "Yenisabah.az" saytı olub. O, saytın baş redaktoru postundan bu yaxınlarda istefa verib.
S.Verdizadə Türkiyənin Qazi Universitetinin məzunudur.
O, 1998-ci ildən indiyə kimi peşəkar jurnalist fəaliyyəti ilə məşğul olub. Bir sıra qəzetlərdə və saytlarda şöbə müdiri, baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb. ATV, “Xəzər”, “Space” və ARB TV-nin ən reytinqli verilişlərinin eksperti olub.
S.Verdizadə köşə yazarı kimi oxucuların daim izlədiyi qələm sahiblərindən biridir.
O, həm də Jurnalist Araşdırmaları Mərkəzinin sədri kimi QHT sektorunda aktiv fəaliyyət göstərib.