Modern.az

Azərbaycanlı alim Qırğız səfirdən narazıdır: Japarova MƏKTUB

Azərbaycanlı alim Qırğız səfirdən narazıdır: Japarova MƏKTUB

Media

6 Fevral 2025, 20:39

Azərbaycanlı manasşünas alim, görkəmli şair, əməkdar jurnalist Adil Cəmil Qırğızıstan prezidenti Sadır Japarova məktub ünvanlayıb.

Modern.az xəbər verir ki, buna səbəb Qırğızıstanın Azərbaycandakı yeni səfiri Maksat Mamıtkanovun ona qarşı qərəzli yanaşması olub.

Belə ki, keçmiş səfir, professor Kayrat Osmonəliyevin təşəbbüsü ilə 2023-cü ildə Türk Mədəniyyəti və İrsi Fondu əməkdar jurnalistin “Manas dastanı və türk dastançılıq ənənələri” əsərini qırğız və Azərbaycan dillərində mükəmməl dizayn və yüksək səviyyədə təqdim edib.

O, 2024-cü ildə Kayrat Osmonəliyevin təşəbbüsü ilə Alıkul Osmonovun “Zamandan zamana” şeirlər kitabını Azərbaycan dilinə tərcümə edib və Fond hər iki dildə kitabı nəşr edib. Qırğızıstan Mədəniyyət Günlərində kitabın təqdimatı həyata keçirilib.

Görkəmli şair qeyd edir ki, yeni səfir gələn kimi onun kitablarını araşdırmağa başlayıb. Adil Cəmil Türkiyədə, Qırğızıstanda, Azərbaycanda alimlərin, türkoloq professorların yüksək qiymət verdiyi monoqrafiyasında yeni səfirin hansısa şəkilaltı səhvlər tapıb hər yerə yaymağa başladığını, buna görə də onun 2024-cü ilin 31 avqustunda Qırğız Prezidentinin sərəncamı ilə təltif olunanlar arasında onun adının olmadığını deyib.

Əməkdar jurnalist məktubda səfir Maksad Mamıtkanovun ona qarşı belə münasibətinin araşdırılmasını Qırğız Prezidentdən xahiş edib.

Qeyd edək ki, görkəmli şair 1995-ci ildə ümummilli lider Heydər Əliyevin başçılıq etdiyi Nümayəndə Heyətinin tərkibində  Qırğızıstanda keçirilən "Manas-1000" Beynəlxalq yubiley tədbirinin iştirakçısı olub. Manası Azərbaycana gətirən məhz Adil Cəmil olub. Belə ki, şairin monoqrafiyası, tərcümələri, mətbuatda dərc olunan çoxsaylı məqalələri bu istiqamətdə böyük rol oynayıb və Azərbaycan elmi elitası və sıravi oxucusu bu eposla yaxından tanış olub.

1415071

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?