Modern.az

Tanınmış aparıcıya bu TV-də vəzifə verildi

Tanınmış aparıcıya bu TV-də vəzifə verildi

20 Fevral 2025, 10:36

Tanınmış teleaparıcı Vüsalə Səid yeni vəzifəyə təyin olunub.

 

Modern.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

 

Vüsalə Səid "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio verilişləri" QSC-nin Xəbərlər departamentinin rəhbəri təyin olunub.

 

Qeyd edək ki, V.Səid bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsindən ayrılıb.

 

O, uzun müddət AzTV və İTV-də çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?