Modern.az

Mətbuatın 150 illiyi yubiley medalı TƏSİS EDİLDİ

Mətbuatın 150 illiyi yubiley medalı TƏSİS EDİLDİ

20 Fevral 2025, 12:51

“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

 

“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı direktoruna verilib.

 

“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

1417843

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?