Modern.az

Azərbaycanda bu kanalın yayımı dayandırılır

Azərbaycanda bu kanalın yayımı dayandırılır

20 Fevral 2025, 15:19

Bu gün günün ikinci yarısında “Azad Azərbaycan” telekanalının yayımı müvəqqəti dayandırılacaq.

Modern.az xəbər verir ki, bununla bağlı “Azad Azərbaycan”ın feysbuk səhifəsində paylaşım edilib.

“Azad Azərbaycan” MTRK-nın serverlərində planlaşdırılmış profilaktik işlərlə bağlı rəqəmsal platformalardan yayım (“stream”) və bu yayımı istifadə edən digər platformalarda canlı yayım (“stream”) fevralın 20-si günün ikinci yarısında müvəqqəti dayandırılacaq”, - paylaşımda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?