Modern.az

Rus mahnılarının səsləndirilməsi bloklanacaq

Rus mahnılarının səsləndirilməsi bloklanacaq

27 Fevral 2025, 14:32

Ukraynada milli kimliyə xələl gətirən ideyalar daşıdığı üçün rus musiqisinin səsləndirilməsi bloklanacaq.

Modern.az xəbər verir ki, Ukraynanın Milli Televiziya və Radio Yayımları Şurasına ölkədə rus mahnılarının qarşısını almaq səlahiyyəti verilib.

Qeyd edək ki, bir müddət öncə, fevralın 17-də Ukrayna hökumətinin saytında Rusiya mahnılarının striminq platformalarında qadağan olunmasını tələb edən petisiya dərc olunub. Petisiya üç gün ərzində tələb olunan 25 min imza toplayıb. Layihə müəlliflərinin fikrincə, Rusiya musiqisi “Ukrayna kimliyinə xələl gətirən və ölkəyə mənfi münasibət formalaşdıran ideyalar və mesajlar daşıya bilər”.

Məlumata görə, Ukraynada rus mahnılarının bloklanması ilə Milli Televiziya və Radio Yayımları Şurası məşğul olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?