Bu gün “Teleqraf” Media Qrupunun fəaliyyətə başlamasının 13-cü ili tamam olur.
Modern.az xəbər verir ki, “Gündəlik Teleqraf” qəzeti print və onlayn versiyada 2012-ci ilin martın 1-də yaradılıb, 2015-ci ildə isə Teleqraf.com xəbər portalına çevrilib.
2025-ci il fevralın 7-də isə “Gündəlik Teleqraf” qəzetinin və Teleqraf.com xəbər portalının bazasında "Teleqraf" İnformasiya Agentliyi (www.teleqraf.az, www.teleqraf.com) yaradılıb.
Agentlik Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni, idman və s. sahəsində baş verən hadisələri obyektiv, dəqiq və operativ formada oxucularına çatdırır.
Bütün ölkə ərazisindən xəbər yaymağı qarşısına məqsəd qoymuş agentliyin şəhər və rayonlarda yerli büroları yaradılıb.
Bundan başqa, iki ölkədə - Türkiyə və Gürcüstanda agentliyin müxbir postları təsis olunub.
Bu gün həm də "Teleqraf" Media Qrupa daxil olan Publika.az xəbər portalının da ad günüdür.
Həmkarlarımızı təbrik edirik!