Modern.az

Rusiyanın daha bir jurnalisti müharibədə öldü

Rusiyanın daha bir jurnalisti müharibədə öldü

26 Mart 2025, 11:51

Rusiyanın Birinci Kanalının müharibə müxbiri Anna Prokofyeva Belqorod vilayətində öldürülüb. 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə rusiyalı bloger Vladimir Romanov bildirib. 

Onun sözlərinə görə, jurnalist martın 26-da dünyasını dəyişib. 

Müxbirin ölümü ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Bundan əvvəl isə "İzvestiya"nın müxbiri Aleksandr Fedorçak, həmçinin "Zvezda"nın operatoru Andrey Panov və çəkiliş qrupunun sürücüsü Aleksandr Sirkeli müharibə bölgəsində həlak olublar. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?