Modern.az

Televiziyalarda ən çox hansı verilişlər hazırlanır?

Televiziyalarda ən çox hansı verilişlər hazırlanır?

Media

21 Aprel 2025, 18:32

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin birinci rübü ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

 

Modern.az xəbər verir ki, statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında cari ilin ilk üç ayı ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olmuşdur:

 

 

22,9% - informasiya və analitik proqramlar

15,7% - idman proqramları

15,7% - musiqi və əyləncəli proqramlar

14,1% - bədii filmlər və seriallar

11,3% - reklam məzmunlu materiallar

  8,6% - mədəni-maarif janrında proqramlar

  3,7% - anonslar, elanlar

  2,9% - sənədli film və materiallar

  2,9% - sosial proqramlar

  1,2% - sosial çarxlar

  1,0% - uşaq proqramları və cizgi filmləri

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım