Modern.az

Rəsmi qəzetlər birləşir?

Rəsmi qəzetlər birləşir?

Media

23 Aprel 2025, 12:14

“Xalq qəzeti” ilə “Respublika” qəzetinin redaksiyalarının birləşdiriləcəyi barədə xəbər yayılıb.

Modern.az-a verilən məlumata görə, Prezident Administrasiyasının İşlər İdarəsinin təsisçisi olduğu qəzetlərin birləşdirildikdən sonra “Xalq qəzeti” adı ilə nəşrə davam edəcəyi gözlənilir.

İddiaya görə, birləşdirmə bəzi işçilərin ixtisara düşməsini qaçılmaz edəcək.

Adları çəkilən redaksiyalardan yayılan məlumat barədə xəbərsiz olduqları bildirilib.

Qeyd edək ki, rəsmi qəzetlərin birləşdiriləcəyi və ya bağlanacağına dair əvvəllər də məlumat yayılıb.

“Xalq qəzeti” 1919-cu ildən çıxır. Qəzet 27 avqust 1991-ci ilədək "Kommunist" adı ilə dərc olunub.

“Respublika” qəzeti isə 1990-cı ildən dərc olunur. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?