"Xural” TV-nin həbsdən azad edilən rəhbəri Əvəz Zeynallı səhhətilə bağlı qardaş ölkəyə getməyə hazırlaşır.
Modern.az xəbə verir ki, bu barədə jurnalistin həyat yoldaşı Məlahət Qüsuri bildirib.
“Məlum olduğu kimi, Əvəz Zeynallının səhhətində ciddi problemlər var. Həkim-mütəxəssislərlə məsləhətləşmələrimiz davam edərkən, müxtəlif yerlərdən müraciətlər var - Əvəz Zeynallını Almaniyaya, Danimarkaya, Avstriyaya, Rusiyaya, Belarusa, İrana, Türkiyəyə, İsveçrəyə və digər ölkələrə dəvət edirlər. Onlarla həkim, yüzlərlə xərçəngdən sağalan vətəndaşlarımız zəng edir, onlarla müalicə yolları göndərirlər. Hamısını oxuyuruq, hamısını dəyərləndiririk, hamısını qiymətləndiririk və bir daha maraqlanan, dərdimizə şərik olan hər kəsə - hamıya sonsuz minnətdarıq.
Bir neçə gündür sizi bilgiləndirə bilmirik. Ancaq çalışıb tez-tez Əvəz Zeynallının səhhəti haqqında Sizi bilgiləndirəcəyik. Bəzi detallar müəyyənləşən kimi müalicə üçün ölkəmizdən kənara - böyük ehtimalla Türkiyəyə yollanacağıq və hər zaman dualarınıza möhtacıq", - M.Qüsuri deyib.