Modern.az

Mətbuat katibi işdən çıxdı

Mətbuat katibi işdən çıxdı

Media

5 May 2025, 15:04

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov öz ərizəsi ilə vəzifəsindən ayrılıb. 

Modern.az xəbər verir ki, Rəşad Nəsirov məlumatı Konkret.az-a açıqlamasında təsdiqləyib.

Xatırladaq ki, Əməkdar jurnalist bu vəzifəyə 2023-cü ildə təyin edilmişdi.

R.Nəsirov 1997-ci ildən 2001-ci ilə kimi ANS TV-də, 2002-2005-ci illərdə “Lider” TV-də aparıcı-redaktor vəzifələrində çalışıb.
2005-ci ildən İctimai Televiza və Radio Yayımları Şirkətinin İnformasiya departamentində işləyib.
2010-cu ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş redaktor vəzifəsində çalışıb.
2015-2023-cü illərdə AzTV-də sədr müavini işləyib.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?