28 May - Müstəqillik Günü ilə əlaqədar Türkiyə və digər xarici ölkələrdən 50-yə yaxın jurnalist Azərbaycana gəlib.
Modern.az xəbər verir ki, xarici jurnalistlərin ilk səfər etdiyi şəhərimiz Gəncə olub.
Onlar Xocalıya və Şuşaya da səfər edəcəklər.
Jurnalistlər burada Azərbaycanın qısa müddət ərzində həmin ərazilərimizdə aparılan bərpa-quruculuq və tikinti işləri ilə tanış olacaqlar.