Bu gün Naxçıvanda Qlobal İnformasiya Mühiti və Media Trendləri” Konfransı –
“MEDİAFEST-2025”keçirilir.
Modern.az xəbər verir ki, konfrans çərçivəsində Naxçıvan televiziyası Azerspace-1" peykində
(11135 Horizontal 30000) yayıma başlayıb.
Naxçıvanda keçirilən tədbirdə ölkənin tanınmış media nümayəndələri, rəsmi qonaqlar- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən qonaqlar iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin 15 avqust tarixli sərəncamına əsasən Naxçıvan televiziyasına yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.