Modern.az

Baş redaktor vəzifəsindən ayrıldı

Baş redaktor vəzifəsindən ayrıldı

Media

18 İyul 2025, 08:32

ASAN Radio və ASAN TV-in baş redaktoru Elvin Dəmirli bu media qurumlarındakı fəaliyyətinə son verib.

 

Modern.az xəbər verir ki, bu barədə E.Dəmirlinin özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

E.Dəmirli ötən müddət ərzində ona etimad göstərən sədr Ülvi Mehdiyevə, direktor Emin Musaviyə təşəkkürünü bildirib.

 

Baş redaktor bundan sonra başqa istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib.

 

Qeyd edək ki, E.Dəmirli ötən ilin mayında "ASAN TV" və "ASAN Radio"ya yeni baş redaktor təyin edilmişdi.

 

"ASAN Radio" 2015-ci ildə, "ASAN TV" isə 2024-cü ildə yaradılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi