Modern.az

Şuşa Media Forumunun iştirakçıları Ağdamda

Şuşa Media Forumunun iştirakçıları Ağdamda

Media

20 İyul 2025, 17:27

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama səfər ediblər.

 

Modern.az xəbər verir ki, qonaqlar Ağdamdakı İmarət Kompleksi, Ağdam Sənaye Parkı, Ağdam Dəmir yolu və Avtovağzal Kompleksi ilə tanış olublar.

 

Qeyd edək ki, Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edir. Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi