Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikasının media nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasında media sahəsində xüsusi xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilsin:
Əzimova Sara Nurəddin qızı
Mirzəyeva Məhəbbət Bədəl qızı
Şirəliyeva Şəhla Kifayət qızı.
2.Naxçıvan Muxtar Respublikasında media sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə
Babayev Məmməd İlqar oğlu
Hüseynov Rövşən Qurbanəli oğlu
Quliyev Nicat Vəli oğlu
Məhərrəmov Aqşin Məhərrəm oğlu
Məhərrəmov Cəmil İldırım oğlu
Məmiyev Röyal Məhərrəm oğlu
Məmmədov Ceyhun Eyvaz oğlu
Mirzəyeva Sona Rövşən qızı
Rəsulova Ruhiyyə Hacı qızı
Talıbova Səadət Mənsim qızı
“Rəşadətli əməyə görə” nişanı ilə
Balayeva Çinarə İsa qızı
Mahmudova Kifayət Namik qızı
Məmmədov Novruz Namidər oğlu
Nur Günel Alməmməd qızı
Tahirli Rəmzi Surxay oğlu
Xudiyev Əli Rza oğlu".